SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöl rayonunda sürücü idarəetməni itirərək avtomobilini ağaca çırpıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca qəsəbəsində qeydə alınıb.
"VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-2107" markalı avtomobillə toqquşub.

Ardından yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Hadisə yerinə Göygöl rayon Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri dəqiqləşdirilir.

BAKU.WS