SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Şəhər istiqaməti ilə hərəkətdə olan 90-MD-770 dövlət nömrəli “Toyota” markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb.

Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla, beş nəqliyyat vasitəsi yararsız hala düşüb.

Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, “Toyota”nın sürücüsünün içkili olduğu ehtimal edilir.

Qəza ilə bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO