SİZİN REKLAM BURADA!
055 213 76 73


  

ABŞ-da keçirilən bir festivalda dəhşətli hadisə baş verib.
 
BAKU.WS-in məlumatına görə, festival bitdikdən sonra ərazini tərk edən rəqqaslardan birini motosiklet vurub. Rəqs edərək yola çıxan qızlardan birini arxadan gələn motosiklet vuraraq bir neçə metr sürükləyib.
 
Saatda 150 km sürətlə hərəkət etdiyi məlum olan motosikletin qızı vurması kameralar tərəfindən qeydə alınıb. Ağır yaralanan rəqqas qız təcili olaraq yaxınlıqdakı xəstəxanaya aparılıb. Hadisə yerindən qaçmağa çalışan motosiklet sürücüsü isə saxlanılıb.
 
Qeyd edək ki, gənc rəqqas reanimasiyada 5 gün həkim nəzarətində saxlanılıb. Xoşbəxtlikdən rəqqası xilas etmək mümkün olub. Həkimlər gənc qızın həyatı təhlükəsinin olmadığını bildiriblər. 

ŞAHİN Həbibov 
BAKU.WS