SİZİN REKLAM BURADA!
055 213 76 73


16 yaşlı azərbaycanlı qız Ukraynada itkin düşüb.

BAKU.WS xəbər verir ki, 2014-cü il təvəllüdlü Maqsudova Səbinə Şıxəli qızı Odessa şəhərində kollec tələbəsidir.

Səbinənin atası Şıxəli Maqsudov Ukraynada itkin düşən qızının tapılması üçün Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramından kömək istəyib. Ata göz yaşları ilə qızının tapılması üçün yalvarıb. 

Atanın sözlərinə görə, Səbinə sözügedən şəhərdə yaşayan bibinin evindən itkin düşüb. Yeniyetmə 2 ay əvvəl heç kimə heç nə demədən evdən gedib. Bibisi Güllü xanım itkinlə bağlı polisə müraciət edib. Axtarışlar zamanı onun avtobusla Belorusa keçdiyi məlum olub. Səbinənin görüntüləri sərhədi keçərkən kameraya düşüb.

Bibi deyir ki, itməzdən əvvəl Səbinənin sosial şəbəkədə müəmmalı yazışmalarını görüb və səhifələrini silməyə məcbur edib. Bibi qardaşı qızının yoxa çıxmasında bacısı nəvəsinin əli olduğunu gizlətməyib: 

"Onun danışdığı şəxs vardı. Bu işdə bacımın nəvəsinin də əli var. Səbinənin yazışmalarında bacımın nəvəsi, Nastya adlı qız, bir də Ramal adlı bir oğlanın adı hallanır. Mən o yazışmalardan bunu anladım ki, onlar əvvəl getməliymiş, Səbinənin yaşı az olduğundan özlərilə götürmək istəməyiblər. Amma axır zamanda bunu yola salıblar. Başa düşürsüz Xoşqədəm xanım? 10 dəqiqə mənə vaxt ayırın, bütün bildiklərimi efirdən kənar sizə deyəcəm".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO