SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabunçu rayon Məhkəməsində Gəncə şəhərinin icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərovun və 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, prosesə hakim Natiq Əliyev sədrlik edib.

Məhkəmədə vəkil Bəxtiyar Hacıyev Yunis Səfərovun müdafiəsinə qoşulub.

Bütün müttəhimlər və onların vəkilləri işin şəffaf və obyektiv araşdırılmasını təmin etmək üçün iclasların audio və video yazılarla aparılması barədə vəsatət qaldırıblar.

“İstəyirik ki, proses şəffaf olsun. Qoy ictimaiyyət hər şeyi bilsin”, - Yunis Səfərov deyib.

Daha sonra təqsirləndirilənlər məhkəmənin tərkibinə etiraz ediblər.

Növbəti iclas fevralın 17-də keçiriləcək.

BAKU.WS