SİZİN REKLAM BURADA!
055 213 76 73


Yanvarın 15-də 16 radələrində Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində ər və arvadın meyiti tapılıb. 

BAKU.WS xəbər verir ki, 1952-ci il təvəllüdlü Yusif Bəşirov və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Solmaz İsmayılovanın yaşadıqları evin hamam otağında meyitlərinin aşkar olunması faktı aşkarlanıb.

Dərhal hadisə yerinə polis, prokurorluq, eləcə də məhkəmə tibbi ekspertinin iştirakı ilə baxış keçirilib.

Qeyd olunan şəxslərin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunub. O cümlədən digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

BAKU.WS