SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan əsilli kişi Almaniyada məscidə hücum çəkib.

BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, hadisə Nürnberq şəhərində baş verib. Səhər saatlarında Eyüp Sultan məscidinə girən adı açıqlanmayan şəxs “Bura iblislərin yeridir, siz şeytansınız”, deyərək əlindəki dəmir dəyənəklə ətrafa hücum çəkərək "Şəhid Sərhad Öndər" Tədris Mərkəzinin lövhəsini qırıb.

Hadisə yerinə çağırılan polis dəyənəkli şəxsi qandallayaraq aparıb.

Məscidin imamı Ergün Çelik hücum edən şəxsin üçüncü dəfədir ki, buraya gələrək insanları təhqir etdiyini deyib:

“Bu şəxs iki ayda üçüncü dəfədir ki, məscidə basqın edir. Əlindəki dəyənəklə bizə hücum etdi. Məscidi iblis yeri, müsəlmanları şeytan adlandırdı”.

BAKU.WS
QALEREYA