VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  
Misirdə ağlasığmaz hadisə baş verib.
 
BAKU.WS-in məlumatına görə, 4 yaşındakı uşaq ömürboyu həbsə məhkum edilib. "The Mirrorun" xəbərinə görə, 4 yaşındakı Əhməd Mansur Karni 4 cinayət, 8 cinayətə təşəbbüsdə ittiham olunur.
 
Bununla yanaşı, azyaşlı uşaq Səhiyyə Nazirliyinə aid binalara zərər vermək, əsgər və polisləri təhdid etmək və təhlükəsizlik qüvvələrinə aid vasitələrə zərər verməkdə günahlandırılır. 

İşin maraqlı yanı Karni bütün bu cinayətləri iki yaşında olarkən işləyib. Sadalanan cinayətlərə görə Karninin məhkəməsinə paytaxt Qahirədə baxılıb. Vəkil Faysal a-Sayd qərarı verən hakimin iddianı oxumadığını söyləyib. O bildirib ki, Əhməd Mansur Karninin doğum sənədi təqdim edilsə də, lakin iddia hərbi məhkəməyə göndərilib və uşaq ardıcıl məhkəmələrlə məhkum edilib. 

Balaca Əhməd haqqındakı qərar sosial şəbəkədə böyük reaksiyaya səbəb olub. Digər bir məşhur vəkil Məhəmməd Əbu Hurira bu cür qərarların verilməsinin Misirdə ədalətin olmadığını sübut etdiyini bildirib. 
 
BAKU.WS