SİZİN REKLAM BURADA!
055 213 76 73


İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun 3-cü kilometrliyində, rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Yalavac kənd sakini, 1988-ciil təvəllüdlü Mirzəyev Zaur Maarif oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib və avtomobil yoldan çıxaraq su kanalına aşıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin rayonun Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Məmmədov Nicat Seyidəli oğlu suda boğulub.

Avtomobildə olan digər 2 sərnişin Yalavac kənd sakinləri - 1994-cü il təvəllüdlü Mustafayev Elvin İslam oğlu və 1991-ci il təvəllüdlü Mehdiyev Eldəniz Ədalət oğlu müxtəlif xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

BAKU.WS