VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol hərəkəti qaydasını saymayaraq təhlükəli şəkildə avtomobil idarə edən sürücü barədə redaksiyamıza şikayət daxil olub.

BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, 90-DN-104 qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomobilin sürücüsü yanvarın 12-i Sumqayıt şəhəri Sülh küçəsində yüksək sürətlə hərəkət edib.

O, həmin vaxt avtomobillərin hərəkəti üçün nəzərdə tutulmayan təhlükəsizlik adacığında hərəkət edərək digər sürücülərə təhlükəli vəziyyət yaradıb.

Sürücü yolayrıcında 4.1.4 düzünə və sağa məcburedici nişanı olan yerdən sola dönərək hərəkətinə davam edib.

Dekabrın 27-də həmin sürücü qeyd etdiyimiz avtomobillə hərəkət etdiyi küçədə ziqzaqvari hərəkətlər edərək avto şou göstərib.

Görüntülər sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, sürücü avtomobilin konstruksiyasına da əlavələr edərək qabağını qaldırıb, arxasını isə aşağı salaraq normativ tələbləri pozub.

BAKU.WS
VİDEO