VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə "Basiani" gecə klubunda atışma olub.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, insident zamanı gənc qadının yaralandığı bildirilir.

Yayılan məlumatlara əsasən, silahlı insidenti kluba buraxılmayan naməlum şəxs törədib.

Atəş açan şəxs artıq müəyyən olunaraq saxlanılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə, "Basiani" klubunda baş verən insidentlə bağlı məlumat yayıb.
Hadisəni törədən şəxs "isti izlər"lə saxlanılıb.

Məlumata əsasən, həmin şəxs klubun girəcəyində atəş açaraq 3 nəfəri yaralayıb və hadisə yerindən qaçıb. Yaralıların həyatı təhlükədə deyil.

Saxlanılan şəxsin üzərindən odlu silah, 6 bıçaq və 23 patron götürülüb. Onu 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

BAKU.WS