SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS “Report”-a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü İmran Fəxrəndə Şamil qızı Pakistan vətəndaşı olan həyat yoldaşı tərəfindən qısqanclıq zəminində bıçaqlanıb.

Yaralı hadisə yerinə gələn təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 35 yaşlı qadın əməliyyat olunub, vəziyyəti ağırdır.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS