SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-da azərbaycanlı gənc yol qəzasına düşüb.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, Cahid Şahbazov adlı azərbaycanlı Amerikanın Vaşinqton ştatında yol qəzasına düşüb. O, axşam saatlarında öz avtomobilini yol kənarına park edib və yük yerindən şəxsi əşyalarını almaq istəyərkən başqa bir avtomobil ona çırpılıb.

Nəticədə C.Şahbazov ciddi xəsarətlər alıb və təcili xəstəxanaya çatdırılıb. Gəncin sol ayağı amputasiya olunub.

ABŞ-da yaşayan azərbaycanlılar hazırda C.Şahbazovun müalicəsinə yardım üçün kompaniyaya başlayıblar.

Qeyd edək ki, Cahid Şahbazov ailəlidir.

BAKU.WS
QALEREYA