VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Şişli bölgəsində dünyaca məşhur iş adamı Randolp Vard Maysın 17 yaşlı oğlu Emre Tyler Mays öldürülüb.

BAKU.WS xəbər verir ki, hadisə xəstəxana qarşısında baş verib. Varlı ailənin iki oğlu arasında dava olub. Qardaşı tərəfindən döyülən Emre Tyler Mays xəstəxanaya çatdırılıb. 

Təcili yardım maşınından endirilən gənci başqa bir adamla səhv salıb bıçaqlayıblar. Akın K. adlı şəxs Emre Tyler Maysı qohumları ilə dalaşan şəxslə səhv saldığını və onu bıçaqladığını bildirib. 

Dərhal əməliyyat olunan Emre Tyler Mays həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. 

Cinayəti törədən şəxs polislər tərəfindən saxlanılıb. 

BAKU.WS
VİDEO