SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda xəstəxanaya yerləşdirilən kişinin hansı şəraitdə bıçaqlandığı məlum olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, xəsarət alan 67 yaşlı Hikmət Babayev Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən zoomarketin sahibidir.

Məlumata görə, marketə basqın edən naməlum şəxslər H.Babayevə bıçaqla xəsarət yetirərək oradan 14 min manat pul götürüblər və ərazidən uzaqlaşıblar.

Hadisəni törədən şəxslər axtarılır.

BAKU.WS