SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda hadisə yerindən yayınan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Ziya Orucovun ölümü və H.Ağayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Dadaşov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS