SİZİN REKLAM BURADA!
055 213 76 73


Bayram gecəsi Ukraynanın paytaxtı Kiyevdə vəfat edən 22 yaşlı Cavidan Abdullayevin ölüm səbəbi məlum olub.

BAKU.WS xəbərçi.az İnstaqram səhifəsinə istinadən xəbər verir ki, 01.01.2020-ci ildə istirahətə getdiyi yerdə cəsədi tapılan C.Abdullayevin əvvəldən ürəyi zəif olub.

Mərhumun müəmmalı səbəbdən öldüyü deyilsə də, Kiyev şəhər Məhkəmə Tibbi Ekspertizasının rəyindən məlum olub ki, C. Abdullayev kəskin ürək çatışmazlığından və işemik insultdan dünyasını dəyişib.

Qeyd edək ki, işemik insult - qan təchizatının çatışmazlığı nəticəsində beynin zədələnməsindən əmələ gələn, bir gün ərzində ölümə gətirib çıxaran nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.

Cavidan aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytinantı Murad Abdullayevin qardaşıdır. Onun Kiyevdə olma səbəbi Yeni ili orada qeyd etmək olub. Belə ki, o, bayram gecəsi qardaşı Murad Abdullayev, aktrisa Pərvin Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və aparıcı Seyran Əliyeva ilə birgə “CHI club Kiev”də olub. Cavidan bayram gecəsi vəfat edib.

BAKU.WS
QALEREYA