SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıdan Moskvaya uçan Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarə bu gün saat 07:40-da Volqoqrad hava limanına təcili eniş edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan 54 yaşlı sərnişin özündən gedib.

Ona hava limanında təcili tibbi yardım heyəti tərəfindən yardım göstərildikdən sonra həmin şəxs özünə gəlib və xəstəxanaya çatdırılıb.

Təyyarə yoluna davam edərək mənzil başına çatıb.

BAKU.WS