SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöl rayonunda ağır qətl hadisəsi qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Nadel kəndində baş verib.

Ata 1950-ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu övaldı 1978-ci il təvəllüdlü Mahir Bayramovu qətlə yetirib.

İlkin məlumata əsasən, ata ilə oğul arasında uzun müddət ev problemi olub. Hadisə də 41 yaşlı oğulun mübahisəyə səbəb olan evi yandırmasından sonra baş verib.

Belə ki, övladının bu əməlinə əsəbləşən ata onu ov tüfəngi ilə qətlə yetirib.

Hadisə yerinə Göygöl rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları cəlb ollunub.

Qətli törədən Yaşar Bayramov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS
QALEREYA