VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmazda zəncirvarı yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, yol qəzası Gəndob-Yalama yolunun 16-cı kilometrliyinin rayonun Qaradağ-buduq kəndindən keçən hissəsində qeydə alınıb.

Yol qəzası zamanı “Lexus”, “Mersedes” markalı minik avtomobilləri ilə “Hundai” markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində “Mersedes”in sürücüsü və sərnişini müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS