SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, qəza “Koroğlu” metrosundan “Dərnəgül” yolu istiqamətində yolda qeydə alınıb.

Qəza zamanı 4 avtomobil toqquşub. Hadisə zamanı xəsarət alan barədə məlumat verilmir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.

BAKU.WS
VİDEO