SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

Axundov bağı ərazisində 1962-ci il təvəllüdlü Hüseynov Vahid Səfər oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

BAKU.WS