SİZİN REKLAM BURADA!
055 213 76 73


İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Qaralar kəndində qeydə alınıb.

Qaralar kənd sakini, 1990-cı il təvəllüdlü Quliyev Elvüsal Gülhüseyin oğlunun idarə etdiyi “QAZel” markalı avtomobilin minik maşını ilə toqquşması nəticəsində

sonuncuda olan sərnişin - sürücünün atası, 1957-ci il təvəllüdlü Quliyev Gülhüseyin Qulu oğlu kəllə-beyin travması ilə ağır vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Sürcü nisbətən yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS