Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onu zorlamağa cəhd edən qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS
-in "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyavanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə iştirakçıları çıxış edib.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Alyona Baxışovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin hüquqi varisi, anası Bacıxanım Baxışova çıxış edərək qızı Alyonaya ən ağır cəzanın verilməsini istəyib.

Məhkəmə prosesi fevralın 25-nə təyin edilib. Növbəti prosesdə hökm oxunması gözlənilir.

Alyona Baxışova məhkəməyə ilk ifadəsində deyib ki, qardaşı zoofil olub. Bunu anası Bacıxanım Baxışova da etiraf edib. 17 yaşlı Alyona bildirib ki, gecə saat 4-də qardaşı onun otağına girib, cinsiyyət orqanını ona göstərək onu zorlamaq istəyib. Alyona həyətı qaçıb, qardaşı da arxasınca gəlib. Bu zaman tövlədən baltanı götürüb onu vurub. Sonra həyətdə yer qazaraq qardaşını basdırıb.

Qətlə yetirdiyi qardaşı Baxışın telefonunu isə götürərək anasına işləmək üçün əsgər yoldaşının yanına getməsi barədə mesaj yazıb. Bir müddət sonra telefon evdən tapılıb.

Alyona Baxışova qətldən 7 ay sonra qardaşını basdırdığı yerdən su keçdiyi üçün onun yerini dəyişib. Evdən uzaqda yerləşən bostanda yer qazıb. Gecə saat 5-də qardaşının meyitini basdırdığı yerdən çıxarıb. Onun cəsədi arabaya sığmadığı üçün baltayla qollarını və qıçlarını doğrayıb. O, Baxışı bostanda qazdığı yerdə basdırarkən kiçik qardaşı bunu görüb. Alyona ona pomidor əkdiyini deyib. Bir müddət sonra ordan iy gəldiyini görən kiçik qardaşı Rafiq həmin yeri qazıb və sümüklər çıxıb. Bundan sonra Alyona saxlanılıb.

Qeyd edək ki, hadisə 2014-cü ildə Qusar rayonun Rəcət kəndində baş verib. Alyona Baxışova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilir.

BAKU.WS