SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qardaşı yoxa çıxan şəxs polisə müraciət edib.

BAKU.WS xəbər verir ki, müraciət Xətai rayon Polis İdarəsi 34-cü polis şöbəsinə daxil olub.
Müraciəti B.Süleymanov küçəsində yaşayan Arif Teymur oğlu Nəsibov tərəfindən edilib.

O, bildirib ki, onunla birlikdə yaşayan 1985-ci il təvəllüdlü Zaur Teymur oğlu Nəsibov dekabrın 20-də evdən çıxıb və bir daha qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS