SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda dörd dəqiqə 17 saniyə ərzində 10 dəfə qayda pozan yük maşınının görüntüləri yayılıb.

BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, 99-JU-336 dövlət nömrə nişanlı “Ford” markalı yük avtomobilinin sürücüsü bir neçə dəfə digər hərəkət iştirakçılarına təhlükə yaradıb onların narahatlığına səbəb olmaqla yerdəyişmələr edir.

Ehtiyac olmadığı təqdirdə tez-tez zolaqlarını dəyişir.

Bu yerdəyişmələrin heç birində isə dönmə işıqlarından istifadə etmir.

Belə sürücülər digər hərəkət iştirakçıları üçün sözün əsl mənasında təhlükə mənbəyidir.

Videogörüntünü təqdim edirik.

BAKU.WS
VİDEO