VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kəndi ərazisində qeydə alınıb.

"Mitsubishi" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində maşında olan bir ailənin 5 üzvü - Məmmədova Təranə Saleh qızı, 1969-cu il təvəllüdlü Məmmədova Zemfira Seyfulla qızı, 1971-ci il təvəllüdlü Məmmədov Həsən Abdul oğlu, Hacıyev Ələsgər Aqil oğlu, Şükriyyə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan Z.Məmmədova və T.Məmmədova xəstəxanada ölüblər.

Salyanın Noxudlu kəndi ərazisində baş verən qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

Ölən şəxs qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilən Hacıyev Ələsgər Aqil oğludur.

Faktla bağlı Salyan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS
QALEREYA