VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Tbilisi beynəlxalq aeroportu güclü duman səbəbindən 10 təyyarə reysini qəbul edə bilməyib.

BAKU.WS
-in məlumatına görə, təxirə salınmış uçuşlar arasında İstanbul-Tiflis reysi də var. Həmin reyslə isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu uçacaqdı.

Bundan başqa, Kiyevdən də reyslər təxirə salınıb, Moskvadan reys isə gecikmə ilə yerinə yetirilib. Eləcə də, Dubay və Çin reyslərində də problemlər yaranıb. Bu səbəbdən də, Tbilisi aeroportundan bildiriblər ki, bəzi hallarda qonşu Azərbaycan və  Ermənistanın aviaşirkətlərindən istifadə ediblər.

BAKU.WS