SİZİN REKLAM BURADA!
055 213 76 73


Yevlax rayonunda baş vermiş ağır yol qəzasında ölən digər şəxlərin kimliyi məlum olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Qaraməmmədli kəndində baş verən hadisə nəticəsində Yevlax rayon Qaraməmmədli kənd sakini, 1967-ci il təvəllüdlü İlqar Yaqub oğlu Namazov, Goranboy rayon Xanqərvənd kənd sakini, sürücü, 1974-cü il təvəllüdlü Elman Abbas oğlu Musavi ölüblər.

Qeyd edək ki, Qaraməmmədli kəndində "Mitsubishi" markalı minik avtomobili ilə yük maşını toqquşub. Qəzada ölənlərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


19:35


Yevlax rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməmmədli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mitsubishi" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb. Meyitlər tibbi ekspertizaya aparılıb. Onların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO