SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində qonşular arasında daca düşüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin köhnə “ət kombinatı” deyilən ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Məmmədov Aslan Nəriman oğlu döyülüb.

Adı çəkilən şəxs müxtəlif bədən xəsarətləri ilə şəhərin xəstəxanalarından birinə yerləşdirilib.

Hadisənin təfərrüatları dəqiq bilinməsə də qonşular arasında bir müddət mübahisə olub.

Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.

BAKU.WS