SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, avtoqəza Azadlıq prospekti-Binəqədi şossesində qeydə alınıb.

Yusif Hüseynovun idarə etdiyi "Shacman" markalı yük maşını sola doğru dönərkən "Volkswagen" markalı minik maşını ilə toqquşub.

Nəticədə bir nəfər - minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb.

Hadisənin səbəbləri araşdırılır.

BAKU.WS
VİDEO