SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün həbs edilən "Aprel döyüşləri"nin iştirakçısı, ehtiyatda olan polkovnik Qadir Vəlişov azadlığa buraxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov "Facebook" səhifəsində paylaşım edib. 

"Dostlar indi Polkovnik Vəlişovun oğlu zəng etmişdi, dediyinə görə Prokrorluğun verdiyi vəsadətlə Polkovnik Vəlişov Qadir azadlığa buraxılıb", - deyə o qeyd edib.

Qeyd edək ki, Q.Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə tutulmuşdu. Faktla əlaqədar Beyləqan Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

BAKU.WS