VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lökbatanda İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə barədə məlumat Təcili Yardıma saat 10:14-də daxil olub.

Hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər.

Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb.

Daha bir neçə nəfər hadisə zamanı stress keçirib.

Onlara yerində yardım göstərilib.

BAKU.WS