VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı bəstəkar və musiqi prodüseri İsa Məlikov Ukraynada avtomobil qəzasına düşüb.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dekabrın 11-də Kiyev-Odessa yolunun Krasnopilka kəndi ərazisinin yaxınlığında baş verib.

Belə ki, İsa Məlikov və onun yol yoldaşı, “Studiya Kvartal 95” layihəsinin müəllifi Aleksandr Şurun əyləşdikləri mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşıb.

Hadisə nəticəsində xəsarət alanların hamısı hadisə şahidləri tərəfindən şəxsi avtomobillərdə Uman Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onlar müalicələrini Kiyevdə davam etdirilər.

İnsident barədə sosial şəbəkə hesabında yazan İ. Məlikov bunları qeyd edib:

“Bu, çox qorxuludur. Çox. Və ümumiyyətlə, bu hadisədən sonra mən həyata başqa cür baxacağam. Həyat çox zərif və qeyri-stabil şeydir.

Özünüzü və doğmalarınızı qoruyun. Çox xahiş edirəm...”.

“Dostlar, təhlükəsizlik kəmərinizi bağlayın! Həmişə, istisnasız. Hətta 50 metr getməli olsanız belə”, - Məlikov əlavə edib.

Qeyd edək ki, İ. Məlikov bir çox musiqili layihələrin ideya müəllifi, bir çox xitlərin, kinofilmlərə bəstələnmiş musiqilərin müəllifidir.

Onun mahnılarını Azərbaycan estradasının ən parlaq ulduzları - Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Elnarə Xəlilova, Sevda Ələkbərzadə və başqaları ifa edirlər.

BAKU.WS
QALEREYA