SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən televizor, DVD, 6 ədəd suvenir qılınc və təmir-tikinti alətləri oğurlanıb.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Mansurov və Z.Nəsibov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS