SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinən Seyran Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, hadisə sentyabr ayında Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib. 21 yaşlı Cəfər Əhmədov 1992-ci il təvəllüdlü Seyran Əliyev tərəfindən bıçaqlanıb.

İlkin məlumata görə, S.Əliyev C.Əhmədovun həyat yoldaşı ilə münasibətdə olub. S.Əliyev qadınla onların evində görüşən zaman C.Əhmədov evə daxil olub.

Bu zaman yaranan dava zamanı S.Əliyev masanın üzərindəki bıçağı götürərək C.Əhmədovu bıçaqlayıb.

Polis əməkdaşları tərəfindən saxlanılan S.Əliyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağölamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

BAKU.WS