SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Quba yolunda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

 

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 45-ci kilometrliyində "Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan "Mercedes” markalı yük avtomobilinə çırpılıb. Nəticədə deformasiyaya uğramış "Opel” markalı minik avtomobilin 5 nəfərin sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar zamanı ölən şəxslərin kimliyi məlum olub. "Opel” markalı avtomobildə olan 1994-cü il təvəllüdlü Əli Xanlar oğlu Əliyev, 1996-cı il təvəllüdlü Məhəmməd Xanlar oğlu Əliyev, 1993- cü il təvəllüdlü Tural Məhəbbət oğlu Rzayev, 1970- ci il təvəllüdlü Xanlar Əziz oğlu Əliyev və 1977-ci il təvəllüdlü Sabir Aslan oğlu Əliyevdir. Qəza zamanı həmin avtomobildə olan 2004-cü il təvəllüdlü Rəvan Sabir oğlu Əliyev ağır yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı o da məlum olub ki, "Opel” avtomobildə olanlar Quba rayonuna toya gedirlərmiş. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.


BAKU.WS