SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəhbərliyinin, çoxminli kollektivinin təmsilçiləri onun Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, SOCAR nümayəndələri milli dövlətçiliyimizin qurucusu, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış, yeni neft strategiyasının banisi Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, ruhuna dualar oxumuş, məzarı üzərinə tər çiçək dəstələri düzüblər.

BAKU.WS
QALEREYA