SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmazda iki yaşlı uşağın əli ətçəkən maşında qalıb.

BAKU.WS-in məlumatına görə, 2017-ci il təvəllüdlü Pərdiyev Toğrul Ramil oğlunun əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.

Hazırda onun vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS