SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhər sakini dərman zəhərlənməsindən dünyasını dəyişib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1959-cu il təvəllüdlü Məzahir Hökmalı oğlu Məhərrəmli dərman içib.

Bir müddətdən sonra 60 yaşlı kişinin vəziyyəti daha da ağırlaşıb və o yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yərləşdirilib.

Bütün müdaxilələrə baxmayaraq Məzahir Məhərrəmlinin həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə adıçəkilən şəxs dərmanı səhv içərək zəhərlənmədən ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS