SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi Bakıda intihar edən Sevinc İlham qızı Qırtımova tanınmış futbolçu İlkin Qırtımovun bacısıdır.

BAKU.WS xəbər verir ki, İlkin İlham oğlu Qırtımov 1990-cı ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. İlkin Qırtımov qalmaqallı futbolçu kimi yadda qalıb.

Bundan başqa, Qırtımov meydanda deyil meydandan kənar etdiyi hərəkətlərlə daha çox gündəmə gəlib. İlkin Qırtımov yığma komandanın da heyətinə cəlb olunub. Cəmi 5 dəfə yığmanın formasını geyinən futbolçu elə bir uğuru ilə yadda qalmayıb.

Sevinc Qırtımovanın atası İlham Qırtımov Zaqatala rayonunun Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbin direktorudur. Anası Validə Qırtımova evdar xanımdır.

Hadisəyə gəlincə, Sevinc Qırtımovanın intiharında qaranlıq məqamların olduğu bildirilir. İstintaq aparıldığı üçün bu barədə hüquq-mühafizə orqanlarından ətraflı açıqlamalar verilmir.

İntihar hadisəsi Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsindəki yaşayış binasında baş verib.

Həmin binada kirayə yaşayan Sevinc İlham qızı Qırtımova özünü 18-ci mərtəbədən atıb.

Bu barədə Yasamal rayon Polis İdarəsinə məlumat daxil olub.

Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

BAKU.WS