055 213 76 73
Bakıda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
2001-ci il təvəllüdlü Ayşən Əbil qızı Qafarova və qardaşı, 1994-cü il təvəllüdlü İlkin Əbil oğlu Mənsimov yaşadıqları evdə naməlum şəraitdə bıçaqlanıblar.
Yaralılar təcili yardimin köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıda döş qəfəslərinin bir ədəd kəsilmiş-deşilmiş yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS