SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Paytaxtda daha bir bayker yol polisinə etiraz edib. 

BAKU.WS-in məlumatına görə, Həsən Məhərrəmov adlı şəxs hadisəyə aid video paylaşıb. Video Bakı Şəhər Yol Polisi İdarəsinin cərimə meydançasında çəkilib. Bayker, Rəşadət Babayev adlı polis rəisinin Beşmərtəbə dairəsində onun motosikletini saxladığını və dəbilqəsi üzərində kameranı çıxardığını bildirir. Şikayətçi motosikletinin mühərrikinin səsinin ölçmədən qanunsuz olaraq cərimə meydançasına gətirildiyini bildirir. 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Fərid adlı motosiklet sürücüsü ilə yol polisləri arasında buna bənzər hadisə yaşanmışdı. Motosikleti cərimə meydançasına aparmaq istəyən polislərlərlə bayker arasında mübahisə düşmüşdü. "102” xidmətinə zəng vuran bayker sona qədər hüququnu qorumuşdu. Sonda məqsədinə nail olan bayker motosikleti ilə birlikdə hadisə yerindən uzaqlaşmışdı. 
 
Azad Əliyev
BAKU.WS