SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Sumqayıt sürət qatarının hərəkətində yenidən problem yaranıb. 

BAKU.WS xəbər verir ki, səhər saatlarında 08:15-də Biləcəridən yola düşməli olan qatar 12 dəqiqə gec hərəkət edib.

Qatarı idarə edən maşinist sərnişinlərə texniki nasazlıq ucbatından belə bir halın baş verdiyini bildirib. 

Qeyd edək ki, son günlər Bakı-Sumqayıt sürət qatarının hərəkətində tez-tez problemlər yaranır. Qatarların gecikməsinə səbəb yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnməsidir.

Orxan Hüseyn
BAKU.WS