SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gecə iki yanğın hadisəsi qeydə alınıb.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri Balakən rayonu, Gülüzanbinə kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları və dam örtüyü  yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Lənkəran rayonu, Boladi kəndində sahibi məlum olmayan "VAZ" markalı minik avtomobili yanıb. Ətrafdakı ağaclar yanğından mühafizə olunub.
 
BAKU.WS