SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağstafa rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqıiyyat hadisəsi baş verib.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumaya əsasən, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində Qazax rayon sakinləri 14 yaşlı Rəvan Alməmmədli, 35 yaşlı Aytən Nuriyeva, 1999-cu il təvəllüdlü Tahirə Məmmədova, 1998-ci il təvəllüdlü Samirə Əliyeva və 1993-cü il təvəllüdlü Əli Əlizadə müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına və Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Onların vəziyyəti orta-ağırdır.

BAKU.WS
QALEREYA