SİZİN REKLAM BURADA!
055 213 76 73


İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini Gəncəliyev Vüsal Mustafa oğlunun idarə etdiyi “Renault Megane” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Onun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA