SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəki şəhərində tələbə qız oğurlanıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Şəki Tibb Kollecində baş verib.

Oğuz rayonunun Sincan kənd sakini Ələkbərov Xalid Ələkbər oğlu polisə müraciət edərək bildirib ki, noyabrın 22-də qızı, 2000-ci il təvəllüdlü Aygün Ələkbərli təhsil aldığı həmin kollecdən oğurlanıb.

Araşdırmalar zamanı məlum olub ki, qızı İntiqam Kərimov adlı şəxs tərəfindən oğurlanıb və hazırda Bakının Binəqədi rayonu, DSK yolu deyilən ərazidəki evlərdən birində saxlanılır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS