SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Dövlət Universitetinin (BDU) Sosiologiya kafedrasının müəllimi, fəlsəfə elmləri namizədi, 78 yaşlı Fazil Vahidov avtobusdan yıxılaraq ağır xəsarət alıb.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, F.Vahidov 39 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minmək istəyən zaman sürücü qəfildən avtobusu idarə etməyə başlayıb. Bu zaman F.Vahidov yıxılaraq ağır xəsarətlər alıb. O, özəl xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat olunub.

Qeyd edək ki, F.Vahidov 1941-ci ildə anadan olub. 1970-ci ildən BDU-da çalışır. O, fəlsəfə elmləri namizədi və 1974-cü ildən BDU-nun dosentidir. F.Vahidov 1992-2006-cı illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

2007-ci ildə "İlin müəllimi" fəxri adına layiq görülüb.

Prezident İlham Əliyevin 2019-cu ilin noyabrın 25-də imzaladığı sərəncamla F.Vahidov 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

BAKU.WS