SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İngiltərənin Leicester şəhərində qəribə hadisə baş verib.
 
BAKU.WS-in məlumatına görə, doğum sancısı başlayan Holli Davson (24) olduqca şanslı idi. Hollinin həyat yoldaşı Martin Boyc (34) doğumun vaxtının çatdığını anlayıb və qolları çirmələyərək öz arvadını doğuma hazırlayıb. 

Həyat yoldaşı üçün sanki bir mamaça olan Martin kameranı əvvəldən doğum üçün hazırladığı üçün çəkiliş etməyə imkan tapıb. Öz körpəsini özü doğurtmaq məcburiyyətində qalan Martin həmin anları belə xatırlayır: "Doğum sancıları səhər erkən saatlarda başladığı üçün hazırlıqsız yaxalandıq. Bazar günü Holli məni 03:30 oyandırdı və çaxnaşma içərisində dedi ki, körpə gəlir. Bu vəziyyətdə xəstəxanaya gedə bilmədik. Həyat yoldaşım körpəni evdə doğurmaq məcburiyyətində qaldı".
 
Mamaça gec gəldiyi üçün bu vəzifə atanın üzərinə düşüb. Doğumun başladığını və körpənin başını gördüyünü söyləyən ata, tam 40 dəqiqə sonra körpəni anasının qucağına verməyi bacarıb.

Bu hadisənin görüntüləri yayıldıqdan sonra böyük marağa səbəb olub. 
 
BAKU.WS